Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Dünya Musiqi Festivalı” adlı II Beynəlxalq İncəsənət Müsabiqə-Festivalı keçirildi

13.06.2023

Qazaxıstan, Amerika, Böyük Britaniya və Almaniya Respublikasının təşkilatçılığı ilə Astana Mədəniyyət İdarəsinin dəstəyi ilə may ayında onlayn “Dünya Musiqi Festivalı” adlı II Beynəlxalq İncəsənət Müsabiqə-Festivalı keçirilib. Müsabiqədə Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd Uşaq Musiqi Məktəbinin Fortepiano şöbəsinin I sinif şagirdi Şahnaz Hacıyeva 7 yaş kateqoriyası üzrə çıxış edərək, münsiflər heyətinin qərarı ilə I dərəcəli Laureat adına layiq görülüb. Müəllimi Kamilə Əliyeva isə “Təşəkkürnamə” ilə təltif olunub.