Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xızı rayon Uşaq Musiqi Məktəbinin şagirdləri Beynəlxalq festivalda uğur qazandılar

12.06.2023

Rusiya Federasiyasının Moskva şəhərində “Sərhədsiz İncəsənət” Yaradıcılıq Birləşməsinin  təşkilatçılığı ilə keçirilən II Beynəlxalq çoxjanrlı “İstedadlar Yürüşü” müsabiqə-festivalında  Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Xızı rayon Uşaq Musiqi Məktəbinin fortepiano ixtisası üzrə 6-cı sinif şagirdi Əsna Əşrəf qızı Şıxəliyeva II dərəcəli Laureat, Qarmon ixtisası üzrə 4-cü sinif şagirdi Zeyvə Rüfət qızı Abdullazadə I dərəcəli Laureat adına layiq görülüblər. Müəllimləri Vüsalə Quliyeva və Vəsilə Cəfərova Təşəkkürnamə ilə təltif ediliblər.