Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ə.Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti təşkil olundu

12.06.2023

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Ə.Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində Heydər Əliyevin 100 illiyi münasibətilə “Zamana sığmayan dahi” adlı hesabat konserti keçirilib. Tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev və digər dəyərli qonaqlar iştirak ediblər. İlk olaraq məktəbin rəssamlıq şöbəsinin şagirdlərinin əl işlərindən ibarət rəsm əsərləri sərgilənib. Tədbirə başlamazdan öncə Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Aparıcı qonaqları salamlayaraq, ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. Konsert xalq çalğı alətləri şöbəsinin şagirdlərindən ibarət ansanblı, Əli Səliminin “Sizə salam gətirmişəm” ifası ilə başlayıb. Sonra məktəbin müəllim və şagirdlərinin ifasında Xor Teymur Cəbrayılovun “Ürəklərdə yaşayırsan”, Nağaraçalanlar ansamblı “Ritmlər”, Ovsaldo Tarres “Tanqo”, Zekinye de Abreu “Tiko-tiko”, F. Əmirov “Küçələrə su səpmişəm”, Q.Qarayev “Xəzər neftçiləri haqqında dastan” adlı maraqlı musiqi nömrələri ifa ediblər. Sonda Rəşad Əliyev məktəbdə il ərzində görülən işləri yüksək qiymətləndirərək, məktəbin şagird və müəllim kollektivinə gələcək işlərində uğurlar arzu edib.