Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Abşeron rayon Mehdiabad qəsəbə Uşaq Musiqi Məktəbinin şagirdləri növbəti uğurunu qazandı

09.06.2023

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayon Mehdiabad qəsəbə Uşaq Musiqi Məktəbinin xor kollektivi Qazaxıstanda təşkil olunan "Kruqovorot talantov" Beynəlxalq onlayn müsabiqədə iştirak edərək, II yerə layiq görülüblər. Məktəbin tədris hissə müdiri, xormeyster Gülnarə Quliyevanın drijorluğu ilə xor kollektivi İ.Xrisanidinin “Detskiy djaz” əsərini ifa ediblər. Şagirdlərlə yanaşı Gülnarə Quliyeva da diplomla təltif edilib.