Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti təşkil olundu

09.06.2023

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində Heydər Əliyevin 100 illiyinə həsr olunan hesabat konserti keçirilib. Konsertdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev və digər dəyərli qonaqlar iştirak ediblər. Əvvəlcə məktəbin rəssamlıq şöbəsinin şagirdlərinin əl işlərindən ibarət rəsm əsərləri sərgilənib. Konsert Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandıqdan sonra, məktəbin müəllimi İlham Həsənovun rəhbərliyi altında xalq çalğı alətləri şöbəsinin orkestri çıxış edib. Sonra məktəbin xanəndə, vokal, kamança, tar, fleyta, muğam üçlüyü, skripka ansamblı, Asəf Amanovun rəhbərliyi altında “Ümid” rəqs kollektivi, Firəngiz Xəlilovanın rəhbərliyi altında “Şəfəq” uşaq xoru və məktəbin müəllimlərindən ibarət “Humay” xorunun çıxışları dinləyicilərə təqdim olunub. Sonda idarə rəisi Rəşad Əliyev məktəbdə il ərzində görülən işləri yüksək qiymətləndirərək, məktəbin şagird və müəllim kollektivinə gələcək işlərdə uğurlar arzu edib.