Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Mən şirin ləhcəli bir bülbüləm ki...” adlı ədəbi-bədii gecə təşkil olundu

07.06.2023

Sumqayıt Regional Mədəniyət İdarəsinə tabeli N.Nərimanov adına Mədəniyyət Mərkəzində şair Mikayıl Müşfiqin anadan olmasının 115 illiyi ilə əlaqədar “Mən şirin ləhcəli bir bülbüləm  ki...” adlı ədəbi-bədii gecə keçirilib. Tədbirin aparıcıları Əminəxatun Tərlan və Adil Səfərov şairin şeirindən hazırlanan kompozisiya ilə səhnəyə daxil olublar. Gecədə Özbəkistan Respublikasından qonaq gələn şairlər, əməkdar müəllim, “Şöhrət” ordenli, şairə Ofelya Babayeva M.Müşfiqin yaradıcılığı haqqında çıxış ediblər. Şairin şeirlərini Sumqayıt Dövlət Dram Teatrının rejissoru Ümid  Abbas və qiraətçi Firuzə Atluxanova, şeirlərinə bəstələnmiş mahnıları isə xanəndə  Məlahət Hüseynova, gənc müğənnilər, Pənah Məmmədli, Aydan Salahova, Zəhra Fərəczadə, Yaqub Eyyuboğlu  səsləndiriblər. Mədəniyyət  Mərkəzinin foyesində S.Vurğun  adına Mərkəzi Kitabxananın əməkdaşları tədbir iştirakçılarına şairin yaradıcılığını daha  yaxından tanıtmaq məqsədilə kitablarından ibarət sərgi təşkil ediblər.