Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İrəvan teatrı Abşeron rayon Mədəniyyət Mərkəzində “Nurlu Ömrün anları” tamaşasını nümayiş etdirdi

06.06.2023

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayon Mədəniyyət Mərkəzində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrının kollektivi “Nurlu Ömrün anları” tamaşasını nümayiş etdiriblər.

Çıxış edən Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev ili” elan edildiyini, bununla əlaqədar respublikamızda, o cümlədən, regionda da silsilə tədbirlərin həyata keçirildiyini bildirib. Hər bir Azərbaycanlının qəlbində xalqımızın xilaskarı və müstəqil dövlətimizin qurucusu Heydər Əliyevə böyük sevgi və dərin minnətdarlıq hissi olduğunu, onun əziz xatirəsini daim qəlbimizdə yaşayacağını vurğulayıb.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin və mənalı həyatına, Azərbaycançılıq və dövlətçilik məfkurəsinə həsr olunan “Nurlu Ömrün anları” tamaşası rayon sakinləri tərəfindən maraqla qarşılanıb.