05.06.2023
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində Fortepiano şöbəsinin təşkil etdiyi konsert keçirilib. Konsertdə əsasən 1-ci sinif şagirdləri iştirak edib, onları təbrik etmək üçün tədbirə 2-ci və 3-cü sinif şagirdləri də qatılıb. Şagirdlər rəngarəng solo və ansambl nömrələri ilə çıxış edərək, dinləyicilərin zövqünü oxşayıblar. Tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəis müavini İlham Əhmədov da iştirak edib. Konsertin sonunda o, məktəbin direktoru Samir İsmayılovla birlikdə il ərzində müxtəlif beynəlxalq və respublika müsabiqələrində uğur qazanan 1-ci sinif şagirdlərini təbrik edərək, onlara Fəxri Fərmanlar təqdim ediblər.