Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin kollektivi Qəbələ, Zaqatala və Balakən rayonlarına səfər baş tutdu

31.05.2023

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin kollektivi regionlararası qarşılıqlı əməkdaşlıq əlaqələri çərçivəsində respublikamızda fəaliyyət göstərən digər uşaq musiqi və incəsənət məktəbləri ilə sıx əlaqələr yaradılması istiqamətində öz ənənəsini davam etdirərək, bölgələrdə çox maraqlı və rəngarəng konsert proqramları ilə çıxışlar edirlər. Cari ilin 2 may tarixində Sumqayıt şəhərində 2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsi ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən silsilə tədbirlər çərçivəsində ilk konsert proqramını təqdim edərkən, sözügedən məktəbin direktoru "Əməkdar müəllim" İkram Manafov öz çıxışında bu proqramın 2023-cü il ərzində respublikamızın digər bölgələrində də təqdim olunacağını xüsusi vurğulayıb. Bununla əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin razılığı əsasında Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı və dəstəyi ilə məktəb kollektivi 2023-cü il 25-26-27 may tarixlərində Qəbələ, Zaqatala və Balakən rayonlarına səfər edərək, maraqlı və gözəl konsert proqramları ilə çıxış ediblər. Qəbələ rayon Mədəniyyət Mərkəzində, Zaqatala rayon və Balakən şəhər uşaq incəsənət məktəblərində keçirilən tədbirlərdə sözügedən rayonların İcra Hakimiyyətlərinin nümayəndələri, mədəniyyət işçiləri iştirak ediblər. Böyük maraq və alqışlarla qarşılanan tədbirlərin sonunda xatirə şəkilləri çəkilib.