Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan UNESCO-nun Yardımçı Komitəsinə üzv seçilib

31.05.2023

Azərbaycan mədəni sərvətlərin qeyri-qanuni idxalı, ixracı və mülkiyyət hüququnun ötürülməsinin qadağan edilməsi və qarşısının alınması vasitələri haqqında 1970-ci il Konvensiyasının İştirakçı Dövlətlərin İclasının Yardımçı komitəsinə seçilib.

Xatırladaq ki, mədəniyyət sərvətlərinin qanunsuz olaraq gətirilməsinin, çıxarılmasının və onların üzərində mülkiyyət hüququnun başqasına verilməsinin qadağan edilməsinə və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında 1970-ci il UNESCO Konvensiyasına üzv ölkələrin toplantısı iki ildən bir keçirilir.

Konvensiyanın Komitəsində bütün regionlardan cəmi 18 üzv ölkə təmsil olunur. Komitə üzvləri 4 illik seçilə bilər. Yardımçı Komitənin əsas funksiyalarına Konvensiyanın məqsədlərini təşviq etmək, iştirakçı dövlətlər tərəfindən Baş Konfransa təqdim edilmiş milli hesabatların nəzərdən keçirmək, Konvensiyanın həyata keçirilməsinə töhfə verə biləcək tövsiyələrin və təlimatları hazırlanmaq və Üzv Dövlətlərin İclasına təqdim etmək, problemli vəziyyətləri, o cümlədən mədəni sərvətlərin qorunması və qaytarılması ilə bağlı məsələləri müəyyən etmək, mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə potensialın gücləndirilməsi tədbirləri ilə əlaqədar Geri qaytarma-restitusiya Komitəsi ilə əlaqələndirmənin yaradılması və saxlanılması və bütün həyata keçirilmiş fəaliyyətlər barədə iştirakçı dövlətlərin iclasını məlumatlandırmaq daxildir.