Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri ”ART PLANET” adlı Beynəlxalq müsabiqədə uğur qazandılar

27.05.2023

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin skripka sinfində təhsil alan 1-ci sinif şagirdləri Sevda Ərəbli və Ceyla Qarayeva "ART PLANET" adlı Beynəlxalq müsabiqədə I yerə layiq görülüblər. Şagirdləri müsabiqəyə müəllimələri Mailə Zeynalova və konsertmeysteri Züleyxa Ağalarova hazırlayıblar. Eyni zamanda məktəbin skripka ansamblıda bu müsabiqədə uğur qazanıb. Ansamblda ifa edən şagirdlər Zəhra Hüseynova, Nübar Allahverdiyeva, Nuray Hüseynova, Gülçiçək Əlizadə və Nuray Məmmədli I yerə layiq görülüblər. Şagirdləri müsabiqəyə müəllimləri Reyhan Şükürova, Mailə Zeynalova, Nuru Beydullayev, Rasim Novruzov və konsertmeyster Sevinc Qasımova hazırlayıb.