Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Müstəqilliyimiz əbədi və sarsılmazdır” adlı tədbir təşkil olundu

26.05.2023

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli N.Nərimanov adına Mədəniyyət  Mərkəzi 28 May Müstəqillik günü ilə əlaqədar “Müstəqilliyimiz əbədi və sarsılmazdır” adlı konsert proqramı keçiriblər. Tədbirə Əminəxatun Tərlan və Adil Səfərov aparıcılıq edib. Konsert proqramında öncə “Turan” milli rəqs qrupunun (bədii rəhbər Eldar Nəsirli) ifasında “Cəngi” rəqsi tamaşaçılara təqdim olunub. Sonra müğənnilər Kamil Ağazadə, Pənah Məmmədli, Həvəs Bayramova, Ülvi Ağamalızadə, qiraətçi Firuzə Atluxanova çıxış edərək, milli, vətənpərvər ruhlu mahnı və şeirlər ifa ediblər.