Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Heç kim unudulmur, heç nə yaddan çıxmır” adlı sənədli filmin təqdimatı mərasimi baş tutdu

26.05.2023

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Əli Kərim adına Poeziya evində II Qarabağ müharibəsində canını fəda edən XTQ-nin şəhid giziri Şəhriyar Quliyevin həyatına və döyüş fəaliyyətinə həsr olunan “Heç kim unudulmur, heç nə yaddan çıxmır” adlı sənədli filmin təqdimatı keçirilib.

Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra, tədbirin aparıcısı Əli Kərim adına Poeziya evinin təşkilatçısı, gənc şair Elvin İntiqamoğlu tədbiri giriş sözü ilə açaraq şəhidin həyatı və hərbi fəaliyyəti, döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar haqqında geniş məlumat verib.

Şəhid gizir Şəhriyar Quliyevin ailəsi, döyüş yoldaşları, şəhid ailələri, şəhid Əbdülməcid Axundovun anası, həmçinin, Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşı Ceyran Həsənova, şəhid Səbuhi Həsənquliyevin anası Maisə Səbuhi, şəhid Abdulla Əhmədovun atası Əhməd Əhmədov, Əli Kərim adına Poeziya evinin direktoru İbrahim İlyaslı, YAP-ın Sumqayıt təşkilatının sərd müavini Cavid Məmiyev, şair Elnur Uğur, Azərbaycan Nəşriyyatının əməkdaşı Telli Sənəm Borçalı çıxış edərək, şəhidlə bağlı xatirələrini bölüşüblər.

Sonra Sahil Abdullayev və Ruslan Əkbərov vətənpərvər musiqilər ifa ediblər.

Daha sonra şəhidin ailəsinə tədbir iştirakçıları tərəfindən qiymətli hədiyyələr təqdim olunub.

Sonda xatirə şəkilləri çəkilib.