25.05.2023
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Ə.Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri Aliyə Hacıyeva, Samir Xudayarov Qazaxıstanda onlayn keçirilən "ASTANA STARS" Beynəlxalq müsabiqədə iştirak edərək, I yerə layiq görülüblər. Müsabiqədə şagirdlər duet şəklində Q.Qarayevin “Xəzər neftçiləri haqqında dastan” kinofilmindən “Vals” əsərini ifa ediblər. Onları fortepianoda məktəbin 7-ci sinif şagirdi Aliyə Hacıyeva müşayət edib. Şagirdləri müsabiqəyə məktəbin tar ixtisası üzrə müəllimi Etibar Sadıqov, Nahid Ağayev, fortepianoda isə məktəbin fortepiano ixtisası üzrə müəllimi Aygün Mahmudova hazırlayıblar.