Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdi ”El bilir ki, sən mənimsən” adlı Respublika rəsm və əl işi müsabiqəsində uğur qazandı

22.05.2023

Abşeron-Xızı Regional Təhsil İdarəsi, Sumqayıt Bələdiyyəsinin dəstəyi, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan Sumqayıt ümumtəhsil məktəblərinin şagirdləri və respublika Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin dərnək üzvləri arasında keçirilən "El bilir ki, sən mənimsən" adlı respublika rəsm və əl işi müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və icra nümayəndələri müsabiqə qaliblərinin rəsm və əl işlərindən ibarət sərgi ilə tanış olublar. Müsabiqədə Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin rəssamlıq şöbəsində təhsil alan Zeynal Əmiraslanov II yer tutduğuna görə Diplomla təltif olunub. Şagirdi müsabiqəyə mü