Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Əbədiyyətdə doğan günəş” adlı təntənəli konsert təşkil olundu

11.05.2023

Qubadlı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Qubadlı rayon Nümayəndəliyinin təşkilatçılığı ilə ümummilli lider, ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Əbədiyyətdə doğan günəş” adlı təntənəli konsert keçirilib. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov və digər məsul işçilər, şəhid ailələri, qazilər, idarə və müəssisə rəhbərləri, orta məktəb müəllim və şagird kollektivi, rayon ictimaiyyəti işirak ediblər. Əvvəlcə tədbirin rəsmi hissəsi baş tutub. Tədbir açıq elan olunduqdan sonra, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov geniş məruzə edib, ulu öndər Heydər Əliyevə həsr olunan film nümayiş olunub. Sonra 28 May Mədəniyyət evinin qarşısında möhtəşəm konsert proqramı ilə davam edib. Konsertin aparıcıları şair Namiq Məna və Əminəxatun Tərlan qonaqları salamlayıb, Ulu Öndərin fəaliyyəti haqqında məlumat veriblər. Daha sonra bir-birindən maraqlı musiqi nömrələri, rəqslər ifa olunub. Bədii qiraət dərnəyinin üzvləri tərəfindən şeirlər söylənilib. Sonda Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov idarə və müəssisələrdə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan müsabiqə və yarışlarda qalib gələnləri Fəxri Fərman və hədiyyələrlə mükafatlandırıb.