Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xızı rayonunda Ümummilli Liderin 100 illik yubileyinə həsr olunan konsert təşkil olundu

11.05.2023

Xızı rayon İcra Hakimiyyətinin dəstəyi, Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Xızı rayon nümayəndəliyinin təşkili ilə Xızı rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının xilaskarı, müstəqilliyimizin banisi, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsinə və anadan olmasının 100 illik yubleyinə həsr olunan “Sən əbədi zirvəsən” adlı tədbir keçirilib. Tədbirdə Xızı rayon İcra Hakimiyyətinin Başçısı Xəzər Aslanov və digər mötəbər qonaqlar iştirak ediblər. Rəsmi hissədə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş çıxışlar edilib, müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı yolunda əvəzsiz tarixi xidmətlərindən, milli dövlətçilik ideyasının bərqərar olması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində gördüyü misilsiz işlərdən, Azərbaycana, Vətənə, xalqa olan sonsuz sevgisindən bəhs edilib. Rəsmi hissənin sonunda isə ulu öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib. Sonra isə Xızı rayon Heydər Əliyev Parkında tədbirin bədii-konsert hissəsi baş tutub.

Xızı rayon Uşaq Musiqi Məktəbinin müəllimlərindən ibarət “Xızı dağları” ansamblının rəhbərliyi ilə müğənnilərin “Azərbaycan”, “Heydər xalqım deyəcək”, “Küçələrə su səpmişəm”, “Dünya sənin, dünya mənim”, “Yaşa Azərbaycan”, “Azərbaycan oğluyam”, “Ala gözlüm” və digər mahnıları, “Qarabağ şikəstəsi” muğamı, tədbirin aparıcısı Əminəxatun Tərlanın ulu öndər Heydər Əliyev haqqında çıxışları, ona həsr olunan şeirləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.