Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Q.Qarayev adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin şagirləri “Arts Olimpia” adlı Uşaq İncəsənət Müsabiqəsində uğurlara imza atdılar

11.05.2023

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Q.Qarayev adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin Fortepiano, Violin və Ümumi fənn şöbəsinin şagirləri Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı ilə keçirilən “Arts Olimpia” adlı Uşaq İncəsənət Müsabiqəsində bir sıra uğurlara imza atıblar. Fortepiano şöbəsinin 3-cü sinif şagirdi Zəhra Kərimova I, 4-cü sinif şagirdi Məryəm Abbasova I, 5-ci sinif  şagirdi Aysu Məmmədzadə II, 3-cü sinif şagirdi Atilla Quliyev I, 4-cü sinif şagirdi Ayla Pənahova III, 7-ci sinif şagirdi Nəzrin Rüstəmova II, 1-ci sinif şagirdi Lalə Nağıyeva Laureat, 2-ci sinif şagirdi Vaqif Qarayev III, 6-cı sinif  şagirdi Aliyə Məmmədli III, 6-cı sinif şagirdi Dəniz Aydınlı Laureat, 2-ci sinif şagirdi Gülayə Allahverdizadə Laureat adına, 2-ci sinif şagirdi Solmaz Musazadə III, 1-ci sinif  şagirdi Türkan Səfərli III, 2-ci sinif şagirdi Zəhra Qəhrəmanlı, 3-cü sinif şagirdi Nərmin Abdullayeva fəal iştirakçı Diplomuna, 1-ci sinif şagirdi Səyyarə Tağıyeva isə II yerə layiq görülüblər. Şagirdləri müsabiqəyə müəllimləri Esmira Əliyeva, İradə Bədəlova, Sevda Məcidova, Samirə Əliyeva, Sevinc Kərimova, Təranə Eminli və Bacıxanım Məhərrəmova hazırlayıblar. Violin şöbəsinin1-ci sinif şagirdi Allahverdi Allahverdizadə II, 4-cü sinif şagirdi Əzizə Baxışlı III, Fidan Quliyeva, Selin Əlizadə, Yeganə Abıyeva, Əzizə Baxışlı, Nihad Rəsulov violin asamblında II, 4-cü sinif  şagirdi Leyla İsgəndərova isə III yerə layiq görülüblər. Şagirdləri müsabiqəyə müəllimləri Fəridə Həsənova, Fidan Abbasova və Yaşar Nurməmmədov hazırlayıblar. Ümumi fənn şöbəsindən 4-cü sinif şagirdləri Məryəm  Abbasova və Aylin Dadaşlı ansamblda I, 3-cü sinif şagirdləri Güllü Hüseynova və Nigar Babazadə II, 4-cü sinif şagirdləri Ayşən Əsədzadə və Mirvari Dadaşova ansamblda II yerlərə layiq görülüblər. Şagirdləri müsabiqəyə müəllimləri İradə Bədəlova, Lətafət İbrahimova, Lalə Qocayeva, Lalə Qasımova, Yeganə Dilbazi və Samirə Əliyeva hazırlayıblar.