Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri “İncəsənət Olimpiyadası”nda uğurlar qazandılar

11.05.2023

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri müxtəlif dərəcəli diplomlara layiq görülüblər. Şagirdlərdən skripka sinfinin solo nominasiyası üzrə şagirdi İmran Məmmədzadə və Ansambl nominasiyası üzrə Zəhra Hüseynova, Nübar Allahverdiyeva, Əlizadə Gülçiçək, Nuray Hüseynova və İmran Məmmədzadə I yerə layiq görülüblər. Fortepiano sinfində təhsil alan Cəmilə Muxtarova və Aylin Yusifli Laureat, Leyla Həşimzadə və İsmayıl Şahbazlı III, Tacnur Allahverdiyeva fəal iştirakçı kimi təltif olunublar.

Şagirdləri müsabiqəyə müəllimləri Mailə Zeynalova, Nuru Beydullayev, Rasim Novruzov, Gülbəniz Həsənova və Arzu Məmmədova hazırlayıblar.