Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mehdiabad qəsəbə Uşaq Musiqi Məktəbinin şagirdləri uğur qazandılar

11.05.2023

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayon Mehdiabad qəsəbə Uşaq Musiqi Məktəbinin 1-ci sinif şagirdləri Əsra Bəbirova və Zərrin Quliyeva İsveçrədə onlayn keçirilən "STARS OF THE ALPS" Beynəlxalq müsabiqədə iştirak edərək III yerə layiq görülüblər. Müsabiqədə şagirdlər duet şəklində məşhur İtalyan bəstəkarı və müğənnisi Eduardo Di Kaprianın "O sole mio" əsərini ifa ediblər. Onları fortepianoda məktəbin 5-ci sinif şagirdi Ayan Quliyeva müşayət edib. Şagirdləri müsabiqəyə məktəbin skripka ixtisası üzrə müəllimi Urfulla Məmmədəliyev, fortepianoda isə məktəbin fortepiano ixtisası üzrə müəllimi Gülnarə Rüstəmova hazırlayıblar.