Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri Respublika Müsabiqəsində uğurlar qazandılar

09.05.2023

10-20 aprel 2023-cü il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin birgə təşkilatçığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən ali, ümumtəhsil və orta ixtisas təhsil müəssisələri, musiqi məktəblərinin şagird və tələbələri arasında IV Respublika Müsabiqəsi keçirilib. Qeyd olunan müsabiqədə Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri Diplom və Fəxri Fərmanlarlara layiq görülüblər. Bunlardan xanəndəlik sinfində təhsil alan Nuray Şahsuvarlı Diplomla, fortepiano sinfində təhsil alan Xatun Baharlı, Nüşabə Balamiyeva, Dəniz Allahverdiyeva, kamança sinfində təhsil alan Aytac Verdiyeva və xanəndəlik sinifində təhsil alan Zəhra Baxışova isə Fəxri Fərmanlarla təltif olunublar.

Şagirdləri müsabiqəyə müəllimləri Əsgər İsmayılov, Elnarə Əhmədova, Səfiyyə Həşimova, İradə Qədirli, Sevinc Mehdiyeva və Cəmilə Əliyeva hazırlayıblar.