Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev Mərkəzində gənc rəssam Mehriban Əliyevanın “Mənim rəngli dünyam” adlı fərdi sərgisi təşkil olundu

08.05.2023

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində gənc rəssam Mehriban Əliyevanın “Mənim rəngli dünyam” adlı fərdi sərgisi keçirilib. Öncə mərkəzin foyesində Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub. Tədbirdə müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Moderator, yazıçı-dramaturq, kulturoloq Hafiz Ataxanlı böyük zəka sahibi, görkəmli dövlət xadimi, qüdrətli diplomat Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, incəsənətinə göstərdiyi əlahiddə qayğıdan danışıb və yubiley çərçivəsində sərgisi keçirilən gənc rəssam Mehriban Əliyevanın yaradıcılığının səciyyəvi cəhətlərini vurğulayıb. Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəis müavini İlham Əhmədov ulu öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində mütəmadi tədbirlərin keçirildiyini bildirərək, bütün layihələrdə, elmi-praktik konfranslarda, dəyirmi masalarda, ədəbi-bədii gecələrdə, sərgilərdə görkəmli dövlət xadiminin kitablara, filmlərə sığmayan titanik fəaliyyətindən geniş söhbət açıldığını qeyd edib. Aktivist sənətçilər birliyinin Azərbaycan təmsilçisi tanınan rəssam Nəvai Metin, Abşeron-Xızı Regional Təhsil İdarəsinin metodkabinetin müdiri Gülbahar Haqverdiyeva, Sumqayıt şəhər Məhəmməd Füzuli adına15 nömrəli tam orta məktəbin direktoru Elmira Yaqubova, əməkdar həkim Kamil İbadov, şəhid anası Sürəyya Mehdiyeva, Sumqayıt qəzetinin baş redaktoru Sübhan Quliyev, Neft Akademiyasının müəllimi Məzahir Babayev, rejissor-operator Etibar Bənnayev, gənc rəssam mehriban Əliyevanın atası Elman Əliyev sərginin təşkili və gənc rəssamın çeşidli işləri barədə ürək sözlərini deyiblər. Çıxışlarda Mehriban Əliyevanın ebru, akvarel, qrafika, yağlı boya kimi üslublarda işlərinin spesifik cəhətləri vurğulanıb və sənət müəllimləri İntiqam Cəfərova, Sevda Bənnayevaya minnətdarlıq ifadə olunub. Gənc rəssama Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Fəxri Fərmanı və təhsil aldığı 15 nömrəli tam orta məktəbin xatirə hədiyyəsi təqdim olunub. Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova hər zaman qalereyanın gənclərə dəstək olduğunu bildirərək, Mehriban Əliyevaya yaradıcılıq uğurları arzu edib və onu Fəxri Fərmanla təltif edib. Sonda Ə.Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin kollektivi musiqi nömrələri ilə çıxış ediblər.