Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Özbəkistan Respublikasının kollektivləri Abşeron rayon Mədəniyyət Mərkəzində konsert proqramı ilə çıxış etdilər

07.05.2023

Abşeron rayon İcra Hakimiyyətinin təşəbbüsü, Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" adlı uşaq və gənclərin rəqs festivalı keçirilib. Festivala Özbəkistan Respublikasından və ölkəmizin rayon, şəhərlərindən rəqs kollektivləri qatılıblar. Sonra çıxış edən, Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova və Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəis müavini İlham Əhmədov ümummilli lider Heydər Əliyevin hər zaman xalqın mənəvi dəyərlərini, milli sərvətlərini qorumaq üçün mübarizə apardığını qeyd ediblər.  Həmçinin, Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə daima mədəniyyət və incəsənətin inkişafına böyük qayğı və diqqət göstərdiyini, bütün bunların dahi liderin xalqIna, millətinə sonsuz məhəbbətin təzahürü olduğu qeyd edilib. Qeyd edək ki, festivalın əsas məqsədi ölkəmizə təşrif buyuran qonaqlara və gənclərə ümummilli lider Heydər Əliyevin türk dünyasında gördüyü işlər haqqında məlumatlandırmaq, onları ölkəmizin mədəni tarixi abidələri ilə daha yaxından tanış etməkdən ibarətdir. Festivalda çıxış edən rəqs kollektivlərinin bir-birindən maraqlı və rəngarəng çıxışları Abşeron rayon sakinləri tərəfindən böyük maraqla qarşılanıb. Sonda Özbəkistan Respublikası Daşkənd şəhəri "İstiqlal" ansamblının bədii rəhbəri Prjanova Masxura Tolubjonovna və Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova ölkərin dostluq münasibətlərinin daha da möhkəmlənməsi istiqamətində qarşılıqlı olaraq, simvolik hədiyyələr təqdim ediblər. Tədbirin sonunda Özbəkistan Respublikasının kollektivləri Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət qoruğunu ziyarət ediblər. Sənətkarların əl işlərindən ibarət sərgi ilə tanış olan qonaqlara Yanardağın tarixi haqqında geniş məlumat verilib.