Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mehdiabad qəsəbə Uşaq Musiqi Məktəbinin kamança ixtisası üzrə müəllimi Bayraməli Əliyev Milli Muğam Müsabiqəsində iştirak etdi

03.05.2023

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayon Mehdiabad qəsəbə Uşaq Musiqi Məktəbinin kamança ixtisası üzrə müəllimi Bayraməli Əliyev Milli Muğam Müsabiqəsində iştirak edərək, III yerə layiq görülüb. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilən növbəti Milli Muğam Müsabiqəsinin I mərhələsində Bayraməli Əliyev "Şur" muğamı və görkəmli qarmon ifaçısı bəstəkar Teyyub Dəmirovun "Tiflisi" rəqsindən işləmələr ifa edib. II mərhələdə isə "Dinlən kaman" adlı kompozisiya ifa edərək münsiflər heyyəti tərəfindən III yerə layiq görülüb və diplomla təltif olunub. Qala konsertində isə "Tiflisi" rəqsindən işləmələr ifa edib. Bundan əlavə o, beynəlxalq dərəcəli müsabiqəyə vəsiqə qazanıb.