Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xızı rayon Uşaq Musiqi Məktəbinin şagirdi Beynəlxalq festivalda uğur qazandı

03.05.2023

Rusiya Federasiyasının Moskva şəhərində "Sərhədsiz İncəsənət" Yaradıcılıq Birləşməsinin təşkilatçılığı ilə keçirilən II Beynəlxalq çoxjanrlı "Весеннее вдохновение" müsabiqə-festivalında Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Xızı rayon Uşaq Musiqi Məktəbinin fortepiano ixtisası üzrə II sinif şagirdi Ayan İlqar qızı Rəhimli I dərəcəli Laureat adına layiq görülüb. Müəllimi Xuraman Vəlizadə Təşəkkürnamə ilə təltif edilib.