Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri “American Music Stars” adlı I Beynəlxalq vokal-instrumental müsabiqəsində uğurlar qazandılar

03.05.2023

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri “American Music Stars” adlı I Beynəlxalq vokal-instrumental konkursunda müxtəlif dərəcəli Laureat adına layiq görülüblər. Fortepiano şöbəsinin müəllimi Təranə Ağayevanın sinfindən Nazlı Ələkbərli I , Mədinə Hüseynli II və Yasəmən Zeynallı III yerlərə layiq görülüblər. Məlakə Səmədovanın şagirdləri olan Dinara Qasımova və Fatimə Hətəmi isə I yerə layiq görülüblər. Sevda Seyidəliyevanın şagirdi Aytac Dadaşbalayeva I, nəfəs-simli alətləri şöbəsindən müəllim Faiq Balamiyevin sinfində təhsil alan Əli Balamiyev isə I yerə layiq görülüb. Şagirdləri müsabiqəyə hazırlayan müəllimlər “Təşəkkürnamə” ilə təltif olunublar.