Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

N.Nərimanov adına Mədəniyyət Mərkəzinin rəsm kursu üzvü 1-ci yerə layiq görüldü

03.05.2023

2 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzinin könüllülərinin təşəbbüsü ilə əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın 100 illik yubileyi münasibətilə keçirilən sərgidə Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli N.Nərimanov adına Mədəniyyət Mərkəzinin rəsm kursunun üzvlərinin əl işləri sərgilənib. Sərgidə kursun tələbəsi Məhəmməd Namiq oğlu Müslümzadə 1-ci yerə layiq görülərək, sertifikat, Təşəkkürnamə və hədiyyə ilə təltif olunub.