Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xızı rayon Mədəniyyət Mərkəzinin rəsm kursunun şagirdi Beynəlxalq onlayn incəsənət müsabiqə-festivalında iştirak etdi

02.05.2023

Türkdilli dövlətlərin məktəbliləri arasında keçirilən “Xəmsə möcüzəsi” adlı I Beynəlxalq onlayn incəsənət müsabiqə-festivalının yekun tədbiri və mükafatlandırma mərasimi baş tutub. Müsabiqə-festival Elm və Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə türkdilli dövlətlərin məktəbliləri arasında 5 nominasiya üzrə 2 yaş qrupunda (11-14 və 15-17) keçirilib. Müsabiqədə Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Cəfər Cabbarlı adına Xızı rayon Mədəniyyət Mərkəzinin rəsm kursunun şagirdi Fidan Teyyub qızı Babayeva həmin festivalın respublika mərhələsinin 15-17 yaş qrupunda dekorativ tətbiqi sənət nominasiyası üzrə I yerə layiq görülüb. Müsabiqənin qalibi Fidan Babayeva müsabiqə-festivalının yekun tədbirində diplom və hədiyyələrlə mükafatlandırılıb.