Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mehdiabad qəsəbə Uşaq Musiqi Məktəbi növbəti uğuru əldə etdi Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayon Mehdiabad qəsəbə Uşaq Musiqi Məktəbinin ”Mehdiabad saz çalanlar ansamblı” III İnternational Art Competition tərəfindən keçirilən ”World of Talents” onlayn müsabiqədə iştirak edərək, I yerə layiq görülüblər. Şagirdlər müsabiqədə ”Rza gözəlləməsi” aşıq havasını akademik şəkildə ifa ediblər. Onları müsabiqəyə məktəbin saz ixtisası üzrə müəllimi sənətşünaslıq üzrə fəlsəfə doktoru Hafiz Kərimov hazırlayıb. Ansambl üzvləri və Hafiz Kərimov diplomla təltif ediliblər.

02.05.2023

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayon Mehdiabad qəsəbə Uşaq Musiqi Məktəbinin "Mehdiabad saz çalanlar ansamblı" III İnternational Art Competition tərəfindən keçirilən "World of Talents" onlayn müsabiqədə iştirak edərək, I yerə layiq görülüblər. Şagirdlər müsabiqədə "Rza gözəlləməsi" aşıq havasını akademik şəkildə ifa ediblər. Onları müsabiqəyə məktəbin saz ixtisası üzrə müəllimi sənətşünaslıq üzrə fəlsəfə doktoru Hafiz Kərimov hazırlayıb. Ansambl üzvləri və Hafiz Kərimov diplomla təltif ediliblər.