Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd Uşaq Musiqi Məktəbinin şagirdi müsabiqədə uğur qazandı

02.05.2023

Astana şəhərinin Mədəniyyət İdarəsinin dəstəyi, "Astana Stars" Beynəlxalq festivalının təşkilatçılığı ilə "American Music Stars" adlı Beynəlxalq vokal-instrumental müsabiqə keçirilib. Müsabiqədə Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd Uşaq Musiqi Məktəbinin Xalq Çalğı Alətləri şöbəsinin tar ixtisası üzrə 2-ci sinif şagirdi Abbas Xəlilov iştirak edib. Müsabiqənin nəticəsinə əsasən Abbas "I Dərəcəli Laureat" adını qazanaraq Diplomla, müəllim Həvəs Bayramov və konsertmeyster Tahirə Kərimova isə “Təşəkkürnamə” ilə təltif olunublar.