Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qubadlı şəhər Əbülfəz Mehdiyev adına Uşaq Musiqi Məktəbinin kamança müəllimi Respublika müsabiqəsinin qalibi oldu

01.05.2023

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilən Milli Muğam müsabiqəsində, Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Qubadlı şəhər Ə.Mehdiyev adına Uşaq Musiqi Məktəbinin kamança müəllimi Sultan Arzu oğlu Nadirov iştirak edib. O, 2 turdan ibarət təşkil edilən Milli Muğam müsabiqənin hər 2 turundan müvəffəqiyyətlə keçərək, münsiflər heyətinin qərarına əsasən III yerə layiq görülüb və diplomla təltif olunub.