Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yeni Yaşma kənd klubunun rəsm kursunun şagirdi rəsm müsabiqəsində I yerə layiq görüldü

28.04.2023

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli C.Cabbarlı adına Xızı rayon Mədəniyyət Mərkəzinin Yeni Yaşma kənd klubunun rəsm kursunun şagirdi Sevinc Alıyeva Elm və Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Nağıllar" mövzusunda "Dostluğun sehri" adlı V Beynəlxalq onlayn Uşaq Rəsm Müsabiqəsində I yerə layiq görülüb. Şagirdi müsabiqəyə rəssam Ramin Allahverdiyev hazırlayıb. Qeyd edək ki, aprelin 19-da Elm və Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Nağıllar" mövzusunda "Dostluğun sehri" adlı V beynəlxalq onlayn Uşaq Rəsm Müsabiqəsinin yekun tədbiri keçirilib. Müsabiqəyə Azərbaycanla yanaşı, Türkiyə, Çin, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Türkmənistan və Belarusun 108 məktəb, müəssisə və təşkilatından 1459 rəsm işi təqdim olunub. 6-17 yaşlı uşaqlar çəkdikləri bir-birindən maraqlı, rəngarəng rəsmlərdə nağıl mövzusunu əks etdiriblər. Müsabiqə 2 mərhələdə - seçim turu və qaliblərin müəyyənləşdirilməsi üzrə keçirilib. Peşəkar rəssam və mütəxəssislərdən təşkil olunan münsiflər heyəti tərəfindən 150 rəsm işi seçilib. Əsərlərdən 29 iş birinci, 28 iş ikinci, 28 iş isə üçüncü yerə layiq görülüb. Digər 65 iştirakçıya isə fəal iştiraklarına görə diplomlar təqdim olunub.