Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mahmudlu kənd Uşaq Musiqi Məktəbinin şagirdi Amil Muradov Beynəlxalq müsabiqədə iştirak etdi

28.04.2023

Astana şəhərinin Mədəniyyət İdarəsinin dəstəyi, "Astana Stars" Beynəlxalq festivalının təşkilatçılığı ilə "American Music Stars" adlı Beynəlxalq vokal-instrumental müsabiqə keçirilib. Müsabiqədə Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd Uşaq Musiqi Məktəbinin Xalq Çalğı Alətləri şöbəsinin qarmon ixtisası üzrə 2-ci sinif şagirdi Amil Muradov iştirak edib. Müsabiqənin nəticəsinə əsasən Amil Muradov "I Dərəcəli Laureat" adını qazanaraq diplomla, müəllim Tərlan İmanov və konsertmeyster Günel Ağayeva isə “Təşəkkürnamə” ilə təltif olunublar.