Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mehdiabad qəsəbə Uşaq Musiqi Məktəbinin şagirdləri Beynəlxalq onlayn müsabiqədə iştirak etdilər

28.04.2023

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayon Mehdiabad qəsəbə Uşaq Musiqi Məktəbinin "Mehdiabad xoru" adlı xor kollektivi "Allegro" adlı Beynəlxalq onlayn müsabiqədə iştirak edərək, uğur əldə ediblər. 12-22 aprel tarixlərində İsveçrədə keçirilən müsabiqədə şagirdlər məktəbin tədris hissə müdiri, xormeystr Gülnarə Quliyevanın rəhbərliyində İ.Xrisanidinin "Дэтский джаз" mahnısını ifa edərək, II yerə layiq görülüblər. Müəllim və şagirdlər diplomla təltif olunublar.