Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Abşeron rayon Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbinin şagirdləri Laureat adına layiq görüldülər

27.04.2023

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayon Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbinin 2-ci sinif şagirdləri Leyla Əsgərova, Əsmin İmanlı, 5-ci sinif şagirdi Əliyar Orucəliyev və 7-ci sinif şagirdi Arzu Əhmədova "Astana Stars" Beynəlxalq Festival hərəkatının təşkilatçılığı ilə keçirilən "AMERİCAN MUSİC STARS" I Beynəlxalq Vokal-İnstrumental müsabiqəsində iştirak edib və II dərəcəli Laureat adına layiq görülüblər. Şagirdləri müsabiqəyə ixtisas fənni üzrə müəllimləri Ülviyyə İmammərdili, Yasəmən Bəşirova və Səbuhi Hacıyev hazırlayıblar. Şagirdlər diplomlarla, müəllimlər isə müsabiqənin "Təşəkkürnamə"si ilə təltif olunublar.