Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qubadlı rayon məktəbinin Xalq Çalğı Alətləri şöbəsinin şagirdləri Beynəlxalq müsabiqədə iştirak etdilər

26.04.2023

Astana şəhərinin Mədəniyyət İdarəsinin dəstəyi, "Astana Stars" Beynəlxalq festivalının təşkilatçılığı ilə 10 aprel 2023- cü il tarixində "American Music Stars" adlı Beynəlxalq vokal-instrumental müsabiqəsi keçirilib. Müsabiqədə Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd Uşaq Musiqi Məktəbinin Xalq Çalğı Alətləri şöbəsinin tar ixtisası üzrə 1-ci sinif şagirdi Nurlan Qasımov və 5-ci sinif şagirdi Elcan Soltanov iştirak ediblər. Müsabiqənin nəticəsinə əsasən Nurlan Qasımov "II Dərəcəli Diplom", Elcan Soltanov "I Dərəcəli Diplom" ilə, müəllimə Həvəs Bayramova və konsertmeyster Tahirə Kərimova isə “Təşəkkürnamə” ilə təltif olunublar.