Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi Laureat adına layiq görüldü

18.04.2023

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin Fortepiano ixtisası üzrə şagirdi Rusiya Federasiyası Kursk vilayətinin Mədəniyyət Mərkəzinin dəstəyi və Özbəkistan Mədəniyyət Nazirliyinin birgə təşkil etdiyi beynəlxalq çoxjanrlı “Сосвездие Соловьиного Края 2023" müsabiqəsində iştirak edib. Fortepiano ixtisası üzrə 3-cü sinif şagirdi İnci Məmmədli I dərəcəli Laureat adına layiq görülüb. Nailiyyət qazanan şagirdin müəlliməsi Xəyalə Rəcəbova Təşəkkürnamə ilə təltif olunub.