Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Xəmsə” intellektual yarışı keçirildi

13.04.2023

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Gənclər kitabxanası, Heydər Əliyev Mərkəzi və MİHİ Sumqayıt şəhər Komitəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Xəmsə” intellektual yarışı keçirilib. “Tarixin azərbaycanlı dahisi”, “Heydər Əliyev və Mədəniyyət”, “Heydər Əliyev və neft strategiyası”, “44 günlük Vətən müharibəsi” adlı 4 turdan ibarət olan yarış 1, 5, 12, 23, 31 saylı tam orta məktəblərin 8-11-ci sinif şagirdləri arasında keçirilib. Tədbirin əvvəlində Gənclər Kitabxanasının müdir v.m.i.e. Leyla Mahmudova Ulu Öndərin həyat və siyasəti haqqında məlumat verərək, “Tarixin azərbaycanlı dahisi” adlı sərgi haqqında tədbir iştirakçılarına məlumat verib. Sonra şagirdlər hər turda 10 sualdan ibarət olan sualları cavablandırıblar. 23 saylı tam orta məktəbin “Zəfər” komandası I yerə, 1 saylı tam orta məktəbin “Qələbə” komandası II yerə, 12 saylı tam orta məktəbin “Tusi” komandası III yerə layiq görülüb. Münsiflər heyətinin üzvləri, MİHİ Sumqayıt şəhər Komitəsinin sədri Şahin Şəfiyev, MKS-nin direktor v.m.i.e. Natəvan Axundzadə, Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova, Gənclər və İdman baş İdarəsinin əməkdaşı Zaur Əlizadə və Heydər Əliyev Mərkəzinin Baş Fond mühafizi Fatimə Tanrıverdiyeva tərəfindən Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılıblar.