Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sumqayıt şəhər Bulvarında “Heydər Əliyevin 100 illik yubileyi” ilə əlaqədar növbəti dəfə ağacəkmə aksiyası təşkil olundu

13.04.2023

Milli Məclisin Mədəniyyət Komitəsinin, Sumqayıt şəhər İcra Hakimiyyətinin, “Nəfəs” İctimai Birliyinin, Sumqayıt Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və 2023-ci ilin “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar Sumqayıt Bulvarında ağacəkmə aksiyası baş tutub. Nəcib aksiyada 500 zeytun fidanı əkilib.

Ümummilli liderin təbiət vurğunu olduğunu, şəhərlərimizdəki yaşıllıqların, parkların, ağacların qayğısına qaldığını minnətdarlıqla xatırladan, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva, təbiətə, ekologiyaya, yaşıllıqlara diqqət-qayğının Heydər Əliyev nümunəsini hər kəs üçün örnək adlandırıb. Təbiətə həssas yanaşmanın, ağacəkmə aksiyalarının özünü bir mədəniyyət hadisəsi olaraq şərh edən Q.Paşayeva, Sumqayıt bulvarında əkilən 500 fidana qayğı ilə qulluq ediləcəyinə inandığını və gələcəkdə həmin ağacların bulvara xüsusi yaraşıq və gözəllik bəxş edəcəyini bildirib.