Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mehdiabad qəsəbə Uşaq Musiqi Məktəbinin şagirdləri Beynəlxalq müsabiqədə uğur əldə etdi

11.04.2023

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayon Mehdiabad qəsəbə Uşaq Musiqi Məktəbinin Fortepiano ixtisası üzrə şagirdləri Beynəlxalq müsabiqədə uğur əldə ediblər. İsveçrədə təşkil olunan II İnternational Art Competition STARS OF THE ALPS onlayn müsabiqədə məktəbin 1-ci sinif şagirdi Nazlı Əliyeva İ.S.Baxın "Menuet G dur BWV Anh 114" və J.Haydının "Little Serenade" əsərini, həmçinin məktəbin 2-ci sinif şagirdi Rəbiə Sultanlı L.V.Bethovenin “Ecossaise 12 və V.A.Motsartın Menuet G" əsərlərini ifa edərək I yerə layiq görülüblər. Hər iki şagird və müəllimləri Səadət Məmmədova Diplomla təltif olunublar.