Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Abşeron rayon Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbinin şagirdləri növbəti uğura imza atdılar

06.04.2023

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayon Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbinin rəqs sinfinin şagirdləri Xədicə Əliyeva və Ömürnur İbrahimli "Astana Stars" Beynəlxalq Festival hərəkatının rəhbərliyi ilə keçirilən Böyük Britaniya, İtaliya və Qazaxıstan "Evro Music Festival" Beynəlxalq onlayn müsabiqədə iştirak ediblər. Müsabiqənin nəticələrinə əsasən onlar II dərəcəli Laureat adına layiq görülüblər. Şagirdləri müsabiqəyə ixtisas fənni üzrə müəllimləri Tamilla Rüstəmova hazırlayıb.