Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sumqayıt Şəhərinin Tarixi Muzeyində “Zəfərə açılan Aprel səhəri” adlı tədbir keçirildi

05.04.2023

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt Şəhərinin Tarixi Muzeyinin və Sumqayıt şəhər 2 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə aprel döyüşlərinin 7-ci ildönümü ilə əlaqədar “Zəfərə açılan Aprel səhəri” adlı tədbir keçirilib. Tədbir ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Muzeyin direktoru Aygün Zülfüqarlı öz çıxışında qeyd edib ki, aprel döyüşləri Azərbaycan xalqının erməni işğalı altında olan torpaqların hərbi yolla azad edilməsinə daha çox inamını möhkəmləndirib. O, 44 günlük Vətən müharibəsində rəşadətli, qəhrəman Azərbaycan ordusunun döyüş meydanında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazandığı tarixi qələbədən söz açıb. Tədbir iştirakçılarına muzeyin bələdçisi Səidə Səfərova tərəfindən 2016-cı ildə baş verən dördgünlük müharibədə ordumuzun qəhrəmanlığı nəticəsində təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək, 2 min hektardan artıq ərazinin işğaldan azad olunmasından və bu döyüşlər zamanı sumqayıtlı şəhidlərimizin şücaətindən bəhs edən mühazirə və videoçarx təqdim edilib. 2 nömrəli məktəbin tarix müəllimi Emin Bəylərov öz çıxışında vurğulayıb ki, aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən tarixi qələbədir.

Sonda muzeyin əməkdaşı Nərmin Kərimli tərəfindən məktəblilərə ərtaflı ekskursiya təqdim edilib.