Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Ulu öndər Heydər Əliyev müasir Azərbaycan ordusunun qurucusudur” mövzusunda görüş keçirildi

03.04.2023

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Abşeron rayon N saylı hərbi hissədə "Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan ordusunun qurucusudur" mövzusunda görüş keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rəsmi hissə şəxsi heyət adından çıxışlardan sonra, geniş konsert proqramı ilə davam edib. Hərbi vətənpərvərlik abu-havasının hakim kəsildiyi tədbirdə əsgərlərimizin və qonaqlarımızın zövqünü oxşayan musiqi nömrələri onların alqışları ilə qarşılanıb. Sonda bir qrup mədəniyyət işçisi Fəxri Fərmanla təltif olunub.