Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Abşeron rayonunda ağacəkmə aksiyası keçirildi

31.03.2023

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Abşeron rayonunda təşkil olunan silsilə tədbirlər çərçivəsində Ulu Öndərin unudulmaz xatirəsinə ağacəkmə aksiyası keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri və qazilər iştirak ediblər. Gənclərin və könüllülərin də fəal qatıldığı aksiyada 1000-ə yaxın ölkəmizin iqlim şəraitinə uyğun və dözümlü, dekorativ cəhətdən yaraşıqlı Eldar şamı və zeytun kimi həmişəyaşıl ağaclar əkilib. Əkilən hər bir ağacın küləkdən qorunması üçün bərkidilmə işləri həyata keçirilib, normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə edilib, yeni salınmış yaşıllıq zonasının daimi suvarılmasını təmin etmək məqsədilə suvarma şəbəkəsi qurulub.

Bundan əlavə ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə cari ilin yanvar ayından etibarən rayonun bütün kənd və qəsəbələrində ağacəkmə aksiyaları keçirilib, yeni yaşıllıq sahələri salınıb, mövcud yaşıllıqlara isə daimi qulluq göstərilib.