Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

N.Nərimanov adına Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidinin mövlud tədbiri keçirildi

29.03.2023

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli N.Nərimanov adına Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Elvin Arif oğlu İsmayılovun mövludu ilə əlaqədar “On səkkiz yaşlı Şəhidim” adlı xatirə gecəsi keçirilib.

Əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbirin aparıcıları Əminəxatun Tərlan və Amil Babayev şəhid Elvinin keçdiyi döyüş yolu haqqında qonaqlara məlumat veriblər.

Gecədə Sumqayıt şəhər İcra Hakimiyyəti Vətən Müharibəsi və Şəhid Ailələri İşinin Təşkili Şöbəsinin sədr müavini Zaur Süleymanlı, “Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri Ceyran Həsənova şəhidlərimiz haqqında, şəhidin atası, yaxın dostu, müəlliməsi isə şəhidlə bağlı xatirələrini bölüşüblər. Tədbirdə həmçinin, Əməkdar artist Habil Xanlarov, qiraətçi Adil Səfərov mübariz ruhlu şeirlərlə, müğənnilər Aydan Salahova və Təranə Nurlu vətənpərvər mahnılarla çıxış ediblər.