Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Onlar Bir İncidir” adlı layihənin ikinci təqdimatı baş tutdu

19.03.2023

Sumqayıt Dövlət Dram teatrında Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli N.Nərimanov adına Mədəniyyət Mərkəzinin “Dostluq Mədəniyyət evi”nin hazırladığı “Onlar Bir İncidir” adlı layihəsinin növbəti buraxılışı tamaşaçılara təqdim olunub. Layihənin bu dəfəki qonağı yazıçı, esseist, kinossenarist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq şairi Ramiz Rövşən olub. Əvvəlcə tədbirin aparıcısı Əminəxatun Tərlan şairi tamaşaçıların alqışları ilə səhnəyə dəvət edib, qonaqları və şairi salamladıqdan sonra sözü Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyevə verib. İdarə rəisi qonaqları salamlayıb, şairə xoş sözlərini bildirib, ona yaradıcılıq uğurları arzulayıb və hədiyyələrini təqdim edib. Sonra şairin yaradıcılığı haqqında söhbətlər aparılıb, şeirləri dinlənilib və onun sözlərinə bəstələnən musiqilər, şeirlər səsləndirilib. Azərbaycan Televiziya Muğam müsabiqəsinin qalibi Sədəf Budağovanın, Xalq Ulduzu yarışmasının qalibi Tural Salmanovun ifalarında musiqilər, Sumqayıt Dövlət Dram Teatrının aktrisası Şəhla Məmmədovanın təqdimatında şairin “Qara paltarlı qadın”, gənc qiraətçi Xəzər Süleymanlının təqdimatında isə “İçindən yıxılır adam” şeiri səsləndirilərək tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Sonda isə şairin kitablarının imza mərasimi həyata keçirilib.