Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri Beynəlxalq müsabiqədə uğur qazandılar

18.03.2023

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri "Paris Open Music" vokal-instrumental Beynəlxalq müsabiqəsində uğur qazanıblar. Məktəbin fortepiano şöbəsində Gülbəniz Həsənovanın 1-ci sinfində təhsil alan Leyla Həşimzadə II dərəcəli laureat, Fərid Faxurdinov III dərəcəli laureat adına layiq görülüblər. Məlakə Səmədovanın tələbəsi, 4-cü sinif şagirdi Hətəmi Fatimə də II dərəcəli laureat adına layiq görülüb.

Şagirdləri müsabiqəyə hazırlayan müəllimələr Təşəkkürnamə ilə təltif olunublar.