Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Korrupsiyaya qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar onlayn tədbir keçirilib

17.12.2025

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Korrupsiyaya qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş onlayn görüş keçirilib.

Görüş zamanı mövzu ilə bağlı çıxışçılar məruzələrlə çıxış edərək korrupsiyaya qarşı mübarizənin əhəmiyyəti, şəffaflığın və ictimai məsuliyyətin artırılmasının vacibliyi barədə fikirlərini bölüşüblər.

Tədbirin sonunda iştirakçılara mövzu ilə bağlı hazırlanmış maarifləndirici bukletlər təqdim olunub.

Keçirilən görüş korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmənin gücləndirilməsinə və bu istiqamətdə ictimai şüurun artırılmasına xidmət edib.