Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər

“Buz uşağı” Sumqayıtda

28.07.2024

Dünən “ Buz uşağı” Orxan Zeynallının “Kimyaçı” Mədəniyyət Sarayında solo konserti baş tutub.

“Live Band”in rəhbərlik etdiyi ansambl ilə səhnədə canlı perfomans sərgiləyən Orxan Zeynallının budəfəki repertuarı köhnə və yeni mahnılarından ibarət olub.

O, iki saat ərzində pərəstişkarlarına sevilən mahnılarını canlı təqdim edib.

Həmçinin, musiqiçi elə konsertin adını daşıyan “Buz uşağı” mahnısını da səsləndirib.

Reperin Sarayda baş tutan konserti tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edirik ki, “Buz uşağı”nın musiqili gecəsindəki yerlərin 100%-i satılıb.