Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Sumqayıtda Musiqi Festivalı keçirildi

26.04.2024

26 aprel 2024-cü il tarixində “Kimyaçı” Mədəniyyət Sarayında Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi tərəfindən Sumqayıt şəhərinin 75 illik yubileyinə həsr olunmuş Musiqi festivalı keçirilib.

Tədbirdə Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşları, mədəniyyət işçiləri və şəhər sakinləri iştirak ediblər.

Çıxış edənlər Sumqayıtın 75 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edib və şəhərin şərəfli, dinamik inkişaf yolu keçdiyini, Ümummilli Lider Heydər Əliyevin Sumqayıta hər zaman yüksək diqqət və qayğı göstərdiyini qeyd ediblər.

Əvvəlcə, şəhərin tarixini, bu gününü əks etdirən əl işlərindən ibarət sərgi ilə tanış olunub.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin bədii hissəsində uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri müxtəlif musiqi və rəqs nömrələri ilə çıxış ediblər.

Tədbir tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Sonda xatirə şəkilləri çəkilib.